Tramp administrasiyasının Avropadakı hərbi mövcudluğu yenidən tənzimləmək qərarı ilə Ukrayna ilə həmsərhəd NATO üzvü Rumıniyadakı "Mihail Koqalniçanu" (MK) bazasında yerləşən 2000 amerikalı hərbçinin yarısı oranı tərk etsə də, strateji obyektin tamamilə boşaldılmadığı bəlli olub. Belə ki, Rusiya dronlarının regiona müdaxiləsi və alyansın şərq cinahındakı təhlükəsizlik narahatlıqları fonunda, İrana qarşı əməliyyatlara dəstək verən doqquz "KC-135 Stratotanker" təyyarəsinin və texniki heyətin bazada qalması Vaşinqtonun qitədəki infrastruktura hələ də möhtac olduğunu göstərir.

"Postxronika.az" Reuters-ə istinadən  xəbər verir ki, iş Qərb rəsmisi, diplomat və müdafiə eksperti ilə apardığı araşdırma Trampın alyansı qoşunların geri çəkilməsi ilə hədələməsinə baxmayaraq, Vaşinqtonun əsas NATO obyektlərinə sərmayə qoyuluşunu davam etdirdiyini ortaya çıxarıb. Müsahibə verilən rəsmilər Konqresdəki hər iki partiya nümayəndələrinin və iri hərbi podratçıların Birləşmiş Ştatların təşkilatdan tam çıxmasının qarşısını almaq üçün kifayət qədər siyasi rıçaqlara malik olduqlarını vurğulayırlar.

Bununla belə, Ağ Evin müttəfiqlərə göstərdiyi aramsız təzyiqlər və ABŞ-İsrailin İrandakı hərbi kampaniyasına qeyd-şərtsiz dəstək tələbi 77 illik ittifaqın təməllərinə bərpa olunmaz zərbələr vurur. Qərbin strateqləri bildirirlər ki, Vaşinqtonun etibarlı təhlükəsizlik tərəfdaşı olması artıq Avropada ciddi şübhə doğurur və bu amil qitə dövlətlərini öz müdafiə xərclərini, silah satınalmalarını və uzunmüddətli təhlükəsizlik planlarını müstəqil şəkildə yeniden qurmağa vadar edir

Rəşad Hüseynov