ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərinə təzyiqi Avropanın müdafiə strategiyasında dəyişikliklərə səbəb olur.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ ötən il Rumıniyadakı hərbi bazadan təxminən 2 min amerikalı hərbçinin yarısını çıxarsa da, daha sonra bölgəyə doqquz KC-135 yanacaqdaşıyan təyyarəsi yerləşdirib.
Bu, Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu yenidən təşkil etsə də, NATO bazalarından hələ də fəal istifadə etdiyini göstərir.
Tramp müttəfiqlərdən müdafiə xərclərini artırmağı tələb edir və İran müharibəsi ilə bağlı Avropa ölkələrinin mövqeyini tənqid edir.
Reuters-in araşdırmasına görə, ABŞ administrasiyası NATO-nun əsas hərbi obyektlərinə sərmayə qoymaqda və onlardan Avropa ilə yanaşı Yaxın Şərqdə də hərbi əməliyyatlar üçün istifadə etməkdə davam edir.
Nuray Qafarzadə