Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İrandan Yəməndəki husilərin fəaliyyətini məhdudlaşdırmağa kömək etməsini istəyib.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə danışıqlardan məlumatlı üç iranlı mənbə bildirib.
Riyad husilərin Qırmızı dəniz sahilləri və Bab əl-Məndəb boğazı ətrafında sürətli irəliləyişindən sonra Pekinə müraciət edib.Mənbələrin sözlərinə görə, Pekin İranın husilərə təsirindən istifadə edərək enerji marşrutlarında münaqişənin daha da yayılmasının qarşısını almağa çalışır.
İran tərəfi isə bölgədə sabitlik və sülhün ABŞ-İsrail müharibəsinin sona çatmasından asılı olduğunu bildirib.
Nuray Qafarzadə