Rusiya Prezidenti Vladimir Putin 2027-ci il federal büdcəsi üçün əsas prioritetləri açıqlayıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Putin büdcədə sosial öhdəliklərin yerinə yetirilməsi, vətəndaşların təhlükəsizliyinin təmin olunması və ölkənin müdafiə imkanlarının gücləndirilməsinin əsas istiqamətlər olaraq qalmalı olduğunu bildirib.
Onun sözlərinə görə, yeni büdcə ölkənin milli inkişaf məqsədlərinə nail olunması üçün əsas vasitə kimi xidmət etməyə davam etməlidir.
Nuray Qafarzadə