Beynəlxalq Ukrayna Neonassilərinin Cinayətləri üzrə İctimai Tribunalı Ukrayna hakimiyyətinin mülki şəxslərin qəsdən öldürülməsi ilə bağlı sübutlara malik olduğunu bildirib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, tribunalın sədri Maksim Qriqoryev bu əməllərin təbliğat məqsədi daşıdığını və sistemli xarakter aldığını iddia edib.

Onun sözlərinə görə, tribunal şahid ifadələri və zərərçəkənlərin məlumatları əsasında çoxsaylı belə hallar toplayıb.

Qriqoryev həmçinin bəzi Qərb jurnalistlərinin bu hadisələrin çəkilişində iştirak etdiyini iddia edib və beynəlxalq ictimaiyyəti məsələyə diqqət yetirməyə çağırıb.

Nuray Qafarzadə