Rusiya Qərb ölkələrini İranla bağlı təhlükəli addımları dayandırmağa çağırıb.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya belə siyasətin Yaxın Şərq böhranının həllini daha da çətinləşdirə biləcəyini bildirib.

O, İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının yalnız bütün tərəflərin maraqlarının nəzərə alındığı siyasi və diplomatik yollarla həll edilə biləcəyini vurğulayıb.

Nebenzya həmçinin BMT Təhlükəsizlik Şurasını bu proses üçün əlverişli şərait yaratmağa çağırıb.

Rusiya və Çin ABŞ-ın İrana qarşı sanksiyalar üzrə ekspertlər panelinin mandatının 2027-ci ilin sentyabrınadək uzadılmasını nəzərdə tutan qətnamə layihəsinin qəbuluna mane olub.

Nuray Qafarzadə