Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Buçada 2022-ci ildə baş verdiyi bildirilən hadisələrlə bağlı Qərb ölkələrini təxribat təşkil etməkdə ittiham edib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Zaxarova BMT-nin Rusiyanın hadisə ilə bağlı müraciətlərinə cavab verməməsinin Buça hadisələrinin Qərbin təşkil etdiyi təxribat olduğu barədə Moskvanın mövqeyini təsdiqlədiyini iddia edib.

Onun sözlərinə görə, prosesin təşkilində əsas rolu Böyük Britaniya oynayıb və məqsəd İstanbul danışıqlarını pozmaq olub.

Zaxarova həmçinin BMT, Qərb mediası və Ukrayna hakimiyyətinin Buçada öldürüldüyü bildirilən şəxslərin adlarından ibarət siyahı təqdim etmədiyini bildirib.O, Ukraynanın “Azov” batalyonunun üzvlərini mülki şəxslər kimi təqdim etdiyini də iddia edib.

Nuray Qafarzadə