Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının müdafiə imkanlarını gücləndirməsinin vacibliyini vurğulayıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, fon der Lyayen Avropa Parlamentindəki illik çıxışında Çinlə ticarət balanssızlığı, Ukrayna məsələsi, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və müdafiə xərclərinin artırılmasından danışıb.
O, Aİ-nin digər ölkələrdən kritik asılılıqları azaltmaqla müstəqil siyasət yürütməli olduğunu bildirib.
Fon der Lyayen həmçinin Kanadanın Aİ-yə ilk assosiativ üzv kimi qəbul edilməsini təklif edib və Ukraynaya genişmiqyaslı dəstəyin davam etdiriləcəyini açıqlayıb.
Nuray Qafarzadə