Kanadanın Baş naziri Mark Karni ölkəsinin Avropa İttifaqı ilə bazarları, demokratiyanı və hüququn aliliyini qorumaq üçün əməkdaşlıq etməli olduğunu bildirib.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, Karni bu açıqlamanı Aİ-nin Kanada üçün “assosiativ üzv” statusu yaratmaq təklifindən sonra Avropa Parlamentində çıxışı zamanı verib.
O, Kanada və Avropanın birlikdə daha güclü ola biləcəyini vurğulayıb.
Karni belə əməkdaşlığın ABŞ və Çinə qarşı üçüncü blok yaratmaq məqsədi daşımadığını qeyd edib.
Baş nazir gələcək münasibətlərin adından daha çox mümkün razılaşmanın məzmununun əhəmiyyətli olduğunu bildirib.
Nuray Qafarzadə