ABŞ federal məhkəməsi Tramp administrasiyasına Kennedi Mərkəzinin sökülməsi ilə bağlı hər hansı addımdan ən azı 30 gün əvvəl xəbərdarlıq etməyi tapşırıb.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, qərarı ABŞ dairə hakimi Kristofer Kuper Trampın mərkəzin sökülə biləcəyinə dair açıqlamasından sonra çıxarıb.

Tramp mərkəzin bağlanacağı təqdirdə sökülə biləcəyini deyib. Kennedi Mərkəzinin rəhbəri Mett Floka isə binanın bəzi hissələrində ciddi konstruktiv problemlərin müəyyənləşdirilməsi səbəbindən müəssisənin müvəqqəti bağlandığını bildirib.

Nuray Qafarzadə