Avstraliyanın Kvinslend ştatında məktəblilərin illik turnirinə ev sahibliyi edən Rokhempton şəhərindəki Fitsroy çayı 2032-ci il Brisben Olimpiya və Paralimpiya Oyunlarının avarçəkmə və kanoe-sprint yarışları üçün məkan seçildikdən sonra beynəlxalq diqqət mərkəzinə düşüb. Ştat hökumətinin dörd onillikdən çox sənədlərində 500-dən çox duzlu su timsahının məskunlaşdığı 4 metrlik bu yırtıcıların insanlara hücumu qeydə alınmasa da, ərazinin artıq texniki qiymətləndirmədən keçərək təhlükəsiz və ədalətli su hövzəsi kimi təsdiqləndiyi bildirilir.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, keçən ay Amsterdamda keçirilən Dünya Avarçəkmə Konqresində xarici rəsmilər və üçqat Olimpiya çempionu Dryu Ginn çayın təbii döngələri, daşqın riskləri, ədalətlilik prinsipi və məkanın Brisbendən 600 kilometr uzaqda yerləşməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Almaniya və Britaniya federasiyalarının nümayəndələri yarışların keçirilmə yerinin uyğunluğunu sual altına alsalar da, idmançılar zarafatla timsahların yanında daha sürətli avar çəkəcəklərini diqqətə çatdırıblar.
Kvinslend ştatının baş naziri Devid Krisafulli isə xarici və digər ştatlardan olan "elitalar qrupunu" regional ərazilərə getmək istəmədikləri üçün öz istəklərini zorla qəbul etdirməyə çalışmaqda ittiham edərək bu tənqidləri sərt şəkildə rədd edib. İdman icmasının rəhbər şəxsləri siyasətçinin bu kəskin açıqlamalarına birbaşa cavab verməkdən yayınsalar da, çay ətrafında gedən mübahisələr Oyunlar ərəfəsində əsas müzakirə mövzusuna çevrilib.
Rəşad Hüseynov