Moskva vilayətinə Ukraynanın genişmiqyaslı dron hücumu nəticəsində iki nəfər ölüb, paytaxtdakı neft emalı zavodunun ərazisinə də zərər dəyib.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin Rusiyanın şənbə günündən bəri 1 600-dən çox pilotsuz uçuş aparatını vurduğunu, onlardan 450-nün Moskva istiqamətində olduğunu bildirib.

O, hücumun Rusiyada keçirilən parlament seçkilərini pozmaq məqsədi daşıdığını, lakin buna nail olunmadığını deyib. Məlumata görə, bir neçə dron neft emalı zavodunun ərazisinə çatıb, onlardan biri yaşayış binasına düşüb. Sofino kəndində də yaşayış binasına ziyan dəyib və binanın yuxarı mərtəbələrinin pəncərələri sınıb.

Nuray Qafarzadə