İran ABŞ-ın hərbi təzyiqi azaltması və İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması halında Hörmüz boğazını yeddi gün ərzində yenidən açmağa hazırdır.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, yüksək rütbəli iranlı rəsmiyə görə, Vaşinqton diplomatik həllə üstünlük verdiyini rəsmən açıqlamalı və prosesin gedişi ilə bağlı vaxt cədvəli razılaşdırılmalıdır.
Rəsmi bildirib ki, İranın BMT Baş Assambleyasındakı nümayəndə heyətinin ABŞ-la diplomatik təmasları bərpa etmək üçün tam səlahiyyəti var. Onun sözlərinə görə, Vaşinqtonla atəşkəs razılaşmasının detalları Nyu-Yorkda vasitəçilər vasitəsilə müzakirə oluna bilər. İran prezidenti Məsud Pezeşkian çərşənbə axşamı Nyu-Yorka yola düşüb, lakin onun ABŞ prezidenti Donald Trampla görüşü nəzərdə tutulmayıb.
Nuray Qafarzadə