ABŞ prezidenti Donald Tramp Qrenlandiya və Danimarka liderləri ilə görüşərək adada ABŞ hərbi mövcudluğunun genişləndirilməsinə imkan verəcək razılaşma imzalamağa hazırlaşır.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, razılaşma çərçivəsində Qrenlandiyada iki yeni ABŞ hərbi obyektinin – Narsarsuaq və Mestersviqin açılması gözlənilir.
Hazırda ABŞ-ın adada Pituffik kosmik bazası fəaliyyət göstərir. Arktika ilə Şimali Amerika arasında yerləşən Qrenlandiya geniş enerji və mineral ehtiyatlarına malikdir. Trampın adanı əldə etmək üçün hərbi və ya iqtisadi gücdən istifadə ehtimalını istisna etməməsi yanvarda NATO daxilində diplomatik böhrana səbəb olmuşdu.
Nuray Qafarzadə