“Qazprom” planlı texniki xidmət işlərinin başa çatmasından sonra “Sibirin Gücü” qaz kəməri ilə Çinə qaz nəqlini bərpa edib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, texniki xidmət sentyabrın 15-dən 22-dək aparılıb və bütün işlər nəzərdə tutulduğu kimi tamamlanıb.

Şirkətin məlumatına görə, kəmərin avadanlıq və sistemlərinə texniki xidmət işləri “Qazprom” ilə Çinin CNPC şirkəti arasındakı müqaviləyə əsasən ildə iki dəfə həyata keçirilir. 2025-ci ildə kəmərlə Çinə 38,8 milyard kubmetr qaz nəql edilib. “Sibirin Gücü”nün illik ixrac gücü 38 milyard kubmetrdir.

Nuray Qafarzadə