Rusiya Silahlı Qüvvələri Ukraynanın metallurgiya, kimya, hərbi-sənaye və yanacaq-energetika obyektlərinə kütləvi zərbələr endirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev, Dnepropetrovsk, Poltava və Odessa vilayətlərindəki obyektlər yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.
Məlumata əsasən, zərbələr liman infrastrukturuna və Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi dəniz vasitələrinə də yönəlib. Nazirlik gecə hücumu zamanı dənizdən buraxılan “Sirkon” hipersəs raketlərindən istifadə edildiyini bildirib.
Nuray Qafarzadə