
Açıqla-Xəbər
Gənc qadınlarda xərçəng riskinə diqqət: Yumurtalıq xərçəngi niyə gec aşkarlanır? – AÇIQLAMA
Son illər dünyada bəzi xərçəng növlərinin daha erkən yaşlarda aşkarlanması halları artmaqdadır. Xüsusilə qadınlarda rast gəlinən ginekoloji xərçənglər, onların ilkin əlamətləri və profilaktik tədbirlər sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Gənc yaşlarda bu xəstəliklərə daha az rast gəlinsə də, uşaqlıq boynu, yumurtalıq və uşaqlıq xərçənginin risk faktorlarını bilmək, vaxtında müayinədən keçmək və profilaktik tədbirlərə əməl etmək vacibdir. Xüsusilə yumurtalıq xərçənginin ilkin mərhələdə aşkarlanmasının çətinliyi qadınların bu xəstəliyin əlamətlərinə daha diqqətli yanaşmasını zəruri edir.