ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcıları yerləşdirib
NQNuray Qafarzadə

ABŞ Yaponiyanın Okinava adasında yerləşən Kadena hərbi bazasına modernləşdirilmiş F-15EX qırıcı təyyarələri yerləşdirib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yaponiya ictimai televiziyasının məlumatına görə, bu, həmin qırıcıların ABŞ ərazisindən kənarda yerləşən hərbi bazaya ilk göndərilməsidir.
Məlumata əsasən, yaxın bir neçə il ərzində Okinavaya ümumilikdə 36 belə təyyarənin yerləşdirilməsi planlaşdırılır. F-15EX qırıcıları 13,3 tona qədər faydalı yük daşımaq qabiliyyətinə malikdir.