Belqorod vilayətində dron hücumu nəticəsində 12 yaşlı qız ölüb
NQNuray Qafarzadə

Rusiyanın Belqorod vilayətində avtomobilə pilotsuz uçuş aparatı ilə hücum nəticəsində 12 yaşlı qız həlak olub, anası isə yaralanıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Şuvayev məlumat verib. Onun sözlərinə görə, hadisə Komsomolski qəsəbəsi yaxınlığında baş verib.
Yaralı qadının baş nahiyəsindən qəlpə yarası aldığı və ağır vəziyyətdə xəstəxanaya aparıldığı bildirilib.