Tramp, Putin və Si Tszinpin üçtərəfli sammit keçirəcəklər
RH
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Tszinpin gələn həftə Çinin Şençjen şəhərində görüşməyi planlaşdırırlar. Sammit Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısı çərçivəsində keçiriləcək.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Oliviya Uels danışıqlarda əsas diqqətin dünyada nüvə silahlarının azaldılmasına yönələcəyini bildirib. Görüşdə İran məsələsinin də müzakirəsi gözlənilir, Ukrayna mövzusu isə gündəliyə daxil edilməyəcək. ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, danışıqların yekununda hər hansı rəsmi sənədin imzalanması nəzərdə tutulmur.
Səfər proqramına əsasən, Tramp əvvəlcə Filippində keçiriləcək ASEAN sammitində iştirak edəcək, daha sonra çərşənbə günü gecə Şençjenə yollanacaq. O, cümə axşamı Si Tszinpinlə dördüncü ikitərəfli görüşünü keçirəcək və Çin səfərini üçtərəfli sammitlə yekunlaşdıracaq.