Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini sərt tənqid edib
NQNuray Qafarzadə

Fransada prezidentliyə namizəd Nikola Düpon-Enyan xarici işlər naziri Jan-Noel Barrotu “təlxək və dəli” adlandırıb. O, Fransanın Ukrayna münaqişəsinə yanaşmasını da kəskin tənqid edərək bunu Avropanın böyük geosiyasi səhvi kimi qiymətləndirib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Debout la France” partiyasının lideri nazirin Ukraynanın tarixi barədə məlumatsız olduğunu iddia edib. Düpon-Enyan Barrotun onu məhkəməyə verə biləcəyini istisna etməyib, lakin səsləndirdiyi fikirlərin böhtan deyil, fakt olduğunu bildirib.