Lavrov: Əbu-Dabidəki danışıqların iştirakçıları görüşü müsbət qiymətləndirib
NQNuray Qafarzadə

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən danışıqların iştirakçılar tərəfindən müsbət qiymətləndirildiyini bildirib. O, bu fikrin Ukrayna Prezidenti Volodimir Zelenskiyə aid olmadığını vurğulayıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Lavrov jurnalist Pavel Zarubinə açıqlamasında Zelenskinin öz oyununu oynadığını, lakin onun danışıqlar qrupunun nümayəndələrinin konkret məsələlərin müzakirəsinə kökləndiyini deyib.