Merz: Avropa yaxın həftələrdə Ukrayna üzrə sülh danışıqlarına qoşulacaq
NQ
Avropa ölkələrinin nümayəndələri yaxın həftələrdə Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarında ilk dəfə iştirak edəcəklər.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Dublində keçirilən qeyri-rəsmi Avropa İttifaqı sammitində bildirib.
Onun sözlərinə görə, danışıqlarda Almaniya da daxil olmaqla, bir neçə Avropa ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. Merts qeyd edib ki, müzakirələrdə Abu-Dabidə ABŞ və Ukrayna rəsmiləri ilə məsləhətləşmələr aparan Avropa ölkələrinin təmsilçiləri də yer ala bilər.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri noyabrın 10-11-də Abu-Dabidə danışıqlar aparıblar. Görüşdə Avropa nümayəndələrinin iştirakı gözlənilsə də, onlar müzakirələrə qatılmayıblar.