Putin Konstantinovkada humanitar missiyanın təşkilini təklif edib
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putin Konstantinovkada Ələşki şəhərində tətbiq edilən model əsasında humanitar missiyanın yaradılmasını təklif edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, təklif ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən görüşdə irəli sürülüb.
Məlumata görə, mümkün humanitar missiyadan əvvəl Donetsk Xalq Respublikası ərazisində yerləşən Konstantinovka yaxınlığında minaların təmizlənməsi üçün Rusiyaya beş gün vaxt lazımdır.