Rusiya ordusu bir həftə ərzində Ukraynada beş yaşayış məntəqəsini nəzarətə götürüb
NQ
Rusiya qoşunları noyabrın 7-dən 13-dək Ukraynanın Sumı, Xarkov və Zaporojye vilayətlərində, eləcə də Donetsk Xalq Respublikasında beş yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Şimal” qoşun qruplaşması Sumı vilayətində Nikolskoye və Xarkov vilayətində Kotovka, “Mərkəz” qoşun qruplaşması Donetsk Xalq Respublikasında Şilovka, “Şərq” qoşun qruplaşması isə Zaporojye vilayətində Vasilkovoye və Voskresenka yaşayış məntəqələrini nəzarətə götürüb.
Nazirliyin məlumatına görə, “Şimal” qoşun qruplaşması ötən həftə ərzində 1480-dən çox Ukrayna hərbçisini sıradan çıxarıb və beş zirehli döyüş maşınını məhv edib.