Tramp: ABŞ-nin artıq İranla razılaşma əldə etməsinə ehtiyac yoxdur
NQNuray Qafarzadə

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun artıq Tehranla hər hansı razılaşma əldə etməyə ehtiyac duymadığını bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə “Truth Social” səhifəsində yazıb. O, ABŞ-ın İranın maliyyə vəsaitlərinə və Hörmüz boğazına sahib olduğunu iddia edib.
Tramp, həmçinin vitse-prezident Cey Di Vensə Demokratlar Partiyasının idarə etdiyi şəhər və ştatlarda korrupsiya iddialarının araşdırılmasına diqqət yetirməyi tapşırıb.