ABŞ-da Konqresə nəzarəti müəyyən edəcək həlledici ara seçkilər keçirilir
RH
Prezidentliyinin bitməsinə iki il qalmış Donald Tramp ölkə siyasətinin gələcək istiqamətini şərtləndirən mühüm sınaqla üz-üzədir. Konqresə nəzarəti müəyyənləşdirəcək ara seçkilər hakim Respublikaçılar Partiyası üçün oldukça məsuliyyətli bir mərhələ hesab olunur. Seçicilərin əksəriyyəti artan yaşayış xərclərindən, xüsusilə ərzaq və yanacaq qiymətlərinin yüksəlməsindən ciddi narahatlıq ifadə edirlər.
Postxronika.az BBC istinadən xəbər verir ki, iqtisadi çətinliklər prezidentin aqressiv tarif siyasəti və xarici münaqişələrlə əlaqələndirildiyindən səsvermə zamanı əsas diqqət mərkəzindədir. Son aylarda reytinq göstəriciləri enən Tramp ölkə daxilində çoxsaylı mitinqlər keçirərək fəal təşviqat kampaniyası aparıb. Vaşinqtonda yekun nitqini söyləyən dövlət başçısı partiyasının qalib gəlmək üçün kifayət qədər güclü şansa sahib olduğunu bildirib.
ABŞ-da keçirilən ara seçkilər prezident administrasiyasının qanunvericilik təşəbbüslərinin taleyini müəyyənləşdirmək baxımından həlledici rola malikdir. Konqresdə güclər nisbətinin dəyişməsi daxili və xarici siyasət kursuna birbaşa təsir göstərə bilər. Bu seçki nəticələri həm də gələcək prezidentlik yarışının ilkin mənzərəsini formalaşdırır.