İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib
HCHəvva Cəbrayılova

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin keçmiş xarici işlər naziri və TBMM-in sabiq sədri Hikmət Çətinin vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib.
Postxronika.az xəbər verir ki, dövlət başçısının başsağlığı məktubunda Hikmət Çətinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına və iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verdiyi vurğulanıb.
Prezident onunla görüşlərini xoş təəssüratlarla xatırladığını bildirib, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib və Allahdan rəhmət diləyib.
Qeyd edək ki, Hikmət Çətin noyabrın 24-də 89 yaşında vəfat edib.