Pentaqon təsdiqlədi: İranla gərginlik ABŞ-də sursat qıtlığı yaradıb
RH
ABŞ Müdafiə Departamentinin baş müfəttişinin hesabatı İranla hərbi gərginlik fonunda təchizat zəncirində tıxaclar və sursat qıtlığı yarandığını ortaya çıxarıb. Müstəqil nəzarət orqanının məlumatına görə, fevral-iyun aylarında hərbi ehtiyaclara 22 milyard dollardan çox vəsait xərclənməsi strateji ehtiyatların zəifləməsinə gətirib çıxarıb.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, bu hesabat silah ehtiyatlarının "məhdudiyyətsiz" olduğunu iddia edən və çatışmazlıq xəbərlərini "saxta" adlandıran prezident Donald Trampın mövqeyi ilə tamamilə ziddiyyət təşkil edir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) qiymətləndirmələrinə görə, münaqişə dövründə xüsusilə "Patriot" və THAAD kimi vacib hava-hücumundan müdafiə raketlərinin ehtiyatları yarıdan çox azalıb.
Ağ Ev və Müdafiə Nazirliyi isə bu məlumatları rədd edərək ordunun bütün strateji tapşırıqları icra etmək üçün kifayət qədər ehtiyatlara malik olduğunu vurğulayırlar. Məhdudiyyətləri qəbul etməyən rəsmilər iddiaları "xəyanətkar" adlandırsalar da, Pentaqon istehsal müddətlərini optimallaşdırmaq və sənaye bazasındakı tıxacları aradan qaldırmaq üzərində işləyir.
Rəşad Hüseynov