Stubb: Finlandiya və Norveç liderləri Kiyevin xahişi ilə Putinlə danışıblar
NQ
Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, o və Norveçin Baş naziri Yonas Qar Störe Ukraynanın xahişi ilə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar. Danışığın əsas məqsədi Kiyevin Moskva ilə birbaşa əlaqə kanalı yaratmaq istəyini reallaşdırmaq olub.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Stubb bu barədə Yle telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, digər Avropa ölkələri də telefon danışığının məzmunundan xəbərdar olublar. O əlavə edib ki, bu, Avropa İttifaqının Ukraynadakı müharibə və Baltik dənizindəki vəziyyətlə bağlı Rusiyadan birbaşa mesaj aldığı ilk hal olub.
Stubb, həmçinin “Financial Times” qəzetində danışıq zamanı slavyan xalqlarının tarixinin müzakirə edildiyi barədə yayılan məlumatları təkzib edib və onları həqiqətə uyğun olmayan informasiya adlandırıb. Finlandiya Prezidentinin vurğulayıb ki, ölkəsi vasitəçi rolunda çıxış etmir və Ukraynaya dəstəyini davam etdirəcək.