Tramp: Oğlum Putinin tərəfdarına toy üçün verilən pulu geri qaytarıb
RH
ABŞ Prezidenti Donald Tramp oğlu Donald Tramp kiçiyin Baham adalarında keçirilən toy şənlikləri üçün Vladimir Putinlə sıx əlaqələri olan rusiyalı oliqarx Ömər Kremlyova ödəniş etdiyini bildirib. Oval kabinetdə jurnalistlərin suallarını cavablandıran dövlət başçısı bu halın tamamilə qanuni olduğunu və toy tədbirlərinin təşkili praktikasının geniş yayıldığını vurğulayıb.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, araşdırmalar Kremlyovun üç günlük özəl ada şənliyinin xərclərini qismən qarşıladığını ortaya çıxardıqdan sonra cütlük bu maliyyə dəstəyini təsdiqləyib. Beynəlxalq Boks Assosiasiyasının rəhbəri olan rusiyalı biznesmenin nümayəndələri və prezidentin oğlunun sözçüsü onların arasında heç bir işgüzar marağın olmadığını, münasibətlərin sırf şəxsi dostluğa söykəndiyini bəyan ediblər.
Bununla belə, etik normalara nəzarət edən təşkilatlar ABŞ rəhbərinin övladının xarici dövlət başçısına yaxın şəxsdən bahalı hədiyyələr qəbul etməsinin ciddi maraqlar toqquşması təəssüratı yaratdığını bildirirlər. Qeyd edək ki, "Qazprom" tərəfindən maliyyələşdirilən quruma rəhbərlik edən və Kremllə yaxınlığı ilə tanınan Kremlyov bundan əvvəl Rusiya prezidenti tərəfindən "Dostluq" ordeni ilə də təltif olunub.
Rəşad Hüseynov