Yanvarın 1-dən etibarən Avropa İttifaqı Şurasına sədrlik edən Kipr, bu gün rəsmi proqramının detallarını ictimaiyyətə təqdim edib. Nikosiya qarşıdakı altı ay ərzində Aralıq dənizi hövzəsində təhlükəsizliyin gücləndirilməsi və "strateji muxtariyyət" konsepsiyasının inkişafına fokuslanacaq.

Postxronika.az xəbər verir ki, "European Newsroom"un məlumatına görə, Kipr hökuməti Yaxın Şərqdəki humanitar böhranların həlli üçün diplomatik səyləri artırmağı hədəfləyir. Ekspertlər bu sədrliyin Aİ-nin cənub sərhədlərindəki miqrasiya siyasətinə ciddi təsir edəcəyini vurğulayırlar.