İsrail Hərbi Hava Qüvvələri Livanın cənubu və şərqində “Hizbullah”ın hərbi infrastrukturu üzərinə hava zərbələri endirib. Hədəflər arasında ölkənin cənubunda döyüşçülərin fəaliyyət göstərdiyi bina və Beka bölgəsində yerləşən hərbi obyektlər var.

Postxronka.az xəbər verir ki, İsrail ordusunun açıqlamasında “Hizbullah”ın bu obyektlərdəki fəaliyyətinin İsrail və Livan arasında əldə olunmuş razılaşmaları pozması vurğulanır.