Çinin Ottavada yerləşən səfirliyi “The Globe and Mail”ə açıqlamasında ABŞ Prezidenti Donald Trampın Kanadaya 100% gömrük rüsumu tətbiq etmək təhdidlərinə cavab olaraq Pekinin Kanada ilə strateji tərəfdaşlıq çərçivəsində iqtisadi əlaqələri möhkəmləndirməyi planlaşdırdığını bildirib.

Postxronika.az xəbər verir ki, Səfirlik həmçinin Çin-Kanada münasibətlərinin sülh, sabitlik, inkişaf və rifah üçün ümumi maraqlara xidmət etdiyini vurğulayıb.

Kanadanın baş naziri Mark Karney isə Trampın “Truth Social”da onu “qubernator” adlandırmasına reaksiya verərək deyib ki, xaricdən gələn təhdidlər fonunda Kanadalılar nəzarət edə bildikləri məsələlərə fokuslanıblar. O bildirib: “Biz özümüzün ən yaxşı müştərisi ola bilərik. Kanadalı alacağıq. Kanadalı tikəcəyik".