Türkiyə Super Liqasının 19-cu turu çərçivəsində ‘’Fənərbaxça’’ doğma meydanda ‘’Göztəpə’’ni qəbul edib.
Tərəflər 1:1 hesablı heç-heçəyə razı olub.
Meydan sahibləri 17-ci dəqiqədə Dorgeles Nenenin qolu ilə hesabı açıb.
‘’Göztəpə’’ 24 cü dəqiqədə Candersonun qolu ilə hesabı bərabərləşdirib.
Qalan dəqiqələr ərzində qapılara qol vurulmayıb.
Qeyd edək ki ‘’Fənərbaxça’’ hazırda turnir cədvəlində 43 xalla 2-ci pillədədir. ‘’Göztəpə’’ isə 36 xalla 4-cü pillədə qərarlaşıb.
Ayaz Zeynalzadə