"Ayaks" mövsümün ilk yarısını icarə əsasında "Nottingem Forest"də keçirən "Arsenal"ın sol cinah müdafiəçisi Oleksandr Zinçenko ilə anlaşmaq üzrədir.
Postxronika.az xəbər verir ki, "Sky Sports"a istinadən yayılan məlumata görə, Niderland klubu ukraynalı futbolçu ilə danışıqlar aparmaq üçün icazə alıb və tezliklə tərəflər arasında altı aylıq müqavilə imzalanacaq. Hazırda tibbi müayinədən keçən oyunçunun gələcək taleyi yay aylarında yenidən müzakirə olunacaq. Qeyd edək ki, daha əvvəl "Nottingem"in müdafiəçi ilə icarə sözləşməsini vaxtından əvvəl bitirmək niyyətində olduğu vurğulanmışdı. Zinçenko cari mövsümdə 10 matçda meydana çıxsa da, fərqlənə bilməyib.