"Liverpul"un təcrübəli müdafiəçisi Endryu Robertsonun "Tottenhem Hotspur"a keçidi reallaşmayıb.
Postxronika.az xəbər verir ki, jurnalist Ben Ceykobsun yaydığı məlumata əsasən, mersisaydlılar şotlandiyalı futbolçunun yerinə alternativ tapa bilmədikləri üçün transferi təsdiqləməyiblər. Klub rəhbərliyi paytaxt təmsilçisinin 5 milyon funt-sterlinqlik təklifini ilkin olaraq dəyərləndirsə də, Konstantinos Tsimikası geri qaytarmaq planı işə yaramadığı üçün son anda bu fikirdən daşınıb. 31 yaşlı oyunçu ayrılığa isti yanaşsa da, bu barədə rəsmi tələb irəli sürməyib. Yanvar ayının sonuna qədər baş verəcək dəyişikliklərin Robertsonun taleyinə yenidən təsir edə biləcəyi istisna olunmur. Qeyd edək ki, 2017-ci ildən "qırmızılar"ın formasını geyinən müdafiəçi 364 matçda 12 qol və 68 məhsuldar ötürmə ilə yadda qalıb.