"Arsenal"ın cinah oyunçusu Bukayo Saka İngiltərə Premyer Liqasının 23-cü turunda "Mançester Yunayted"ə qarşı baş tutan mərkəzi görüşdən sonra fikirlərini bölüşüb.
Postxronika.az xəbər verir ki, "topçular"ın mətbuat xidmətinə istinadən, 2:3 hesablı məğlubiyyəti dəyərləndirən futbolçu komandasının ən yaxşı oyununu sərgiləyə bilmədiyini etiraf edib. O, nəticənin məyusedici və ağır olduğunu, lakin kollektivin bir-birinə sadiq qalmasının vacibliyini vurğulayıb. İngiltərəli ulduz gələn həftə yenidən meydana çıxaraq əvvəlki formalarını bərpa etməyə çalışacaqlarını bildirib. Saka qələbə qazanmaq istədiklərini, lakin ümumi performansdan razı qalmadıqlarını sözlərinə əlavə edib.