"Barselona"nın prezidenti Joan Laporta klub akademiyasının yetirməsi Dro Fernandezin PSJ-yə gözlənilən transferinə münasibət bildirib.

Postxronika.az xəbər verir ki, "Katalunya Radiosu"na danışan klub rəhbəri gənc futbolçunun qalmayacağını açıqlamasının onlar üçün gözlənilməz və xoşagəlməz olduğunu vurğulayıb. O, tərəflər arasında ilkin razılıq olmasına baxmayaraq, oyunçunun agentinin sonradan fikrini dəyişdiyini qeyd edib. Mediada yayılan iddialara görə, Fransa təmsilçisi kataloniyalılarla əlaqələri qorumaq üçün 6 milyonluq sərbəstqalma məbləğindən daha çox – 8 milyon avro ödəməyə hazırdır. Laporta yaranmış vəziyyəti "Barsa" üçün ən yaxşı şəkildə həll etməyə çalışacaqlarını diqqətə çatdırıb.