"Lion"un braziliyalı hücumçusu Endrik Fransa Liqa 1-in növbəti turunda "Metz"lə qarşılaşmada (5:2) het-trik edərək diqqət mərkəzinə düşüb.
Postxronika.az xəbər verir ki, "beIN Sports"a istinadən yayılan məlumata görə, 19 yaş 188 günlük futbolçu XXI əsrdə Fransa çempionatında bir oyunda üç qol vuran ən gənc dördüncü oyunçu olub. O, Bernard Lakombun uzunillik rekordunu yeniləyərək klub tarixində het-trik edən ən gənc isim adına sahiblənib. Həmçinin, forvard "Lion" formasıyla liqada fərqlənən 25-ci braziliyalı kimi qeydə alınıb. Mövsümün əvvəlində "Real"da az şans qazanan gənc ulduz yeni komandasında keçirdiyi 3 matçda artıq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.