Atalanta"nın yarımmüdafiəçisi Daniel Maldini karyerasını "Latsio"da davam etdirməyə çox yaxındır.
Postxronika.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romanonun paylaşımına görə, Roma klubu 24 yaşlı futbolçunu sonradan birdəfəlik almaq hüququ ilə icarəyə götürəcək. Artıq tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilir. Əfsanəvi Paolo Maldininin oğlu üçün paytaxt təmsilçisi peşəkar karyerasındakı altıncı iş yeri olacaq. Qeyd edək ki, hücumameyilli oyunçu ötən ildən Berqamo klubunun şərəfini qoruyurdu.