İspaniya futbolunun əfsanəsi Serxio Ramos doğma klubu "Sevilya"nın sahibinə çevrilmək niyyətindədir.

Postxronika.az xəbər verir ki, "Cadena Ser" nəşrinin məlumatına görə, təcrübəli müdafiəçi "Five Eleven Capital" şirkəti ilə birlikdə Əndəlüs təmsilçisini 450 milyon avro müqabilində almağa hazırlaşır. Hazırda hüquqşünaslar klubun maliyyə vəziyyətini təhlil edirlər və bu prosesin bir neçə ay davam edəcəyi ehtimal olunur. Bildirilir ki, komandanın son illərdəki uğursuz nəticələri səhmdarları satış qərarı verməyə məcbur edib. Xatırladaq ki, 39 yaşlı ulduzun son iş yeri bu ay ayrıldığı Meksikanın "Monterrey" klubu olub.