"Barselona"nın aparıcı futbolçusu Rafinya son turda "Oviedo" üzərində qazanılan 3:0 hesablı qələbədən sonra performansını tənqid edənlərə etiraz edib.
Postxronika.az xəbər verir ki, "Blaugranes" nəşrinə istinadən danışan braziliyalı oyunçu 13 matçda 8 qol vurduğu halda keçən mövsümdən geri qaldığını düşünənlərlə razılaşmayıb. O, hər zaman ən yaxşı formasını nümayiş etdirmək üçün çalışdığını vurğulayıb. Cari mövsüm La Liqada 13 görüşdə meydana çıxan hücumçu aktivinə 8 qol və 3 məhsuldar ötürmə yazdırıb. Xatırladaq ki, təcrübəli isim 2022-ci ildən Kataloniya klubunun formasını geyinir.