Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı ABŞ-nin İrana hərbi zərbə endirəcəyi təqdirdə Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmilərə hücumların yenidən başlayacağını bəyan edib.
Postxronika.az xəbər verir ki, bu barədə hərəkatın yaydığı video müraciətdə bildirilib. Açıqlamada qeyd olunur ki, ABŞ İrana qarşı hərbi əməliyyata start verərsə, husilər ABŞ-yə məxsus hərbi gəmiləri və kommersiya daşımalarını hədəf alacaqlar.
Bəyanatda xüsusilə vurğulanır: “ABŞ İrana hücum edərsə, Qırmızı dənizdəki Amerika donanması və gəmiləri hədəf alınacaq”.