Dünya miqyasında böyük marağa səbəb olan "The Traitors" realiti-şousu indi də teatr tamaşası kimi təqdim ediləcək. Layihənin prodüserləri "cəsarətli və təəccüblü" bir səhnə təcrübəsi vəd edirlər.
Postxronika.az xəbər verir ki, Studio Lambert və Neal Street Productions tərəfindən birgə hazırlanan tamaşanın premyerası 2027-ci ildə Londonda baş tutacaq. Ssenarisini tanınmış komediya yazıçısı Con Finnemorun qələmə alacağı əsərə Milli Teatrın bədii direktor müavini Robert Hasti rejissorluq edəcək. Televiziya versiyasından fərqli olaraq, teatr formatı tamaşaçılara hadisələrin canlı şahidi olmaq imkanı yaradacaq. Qeyd edək ki, Niderlandda "De Verraders" adı ilə başlayan bu layihə hazırda dünyanın 30-dan çox ölkəsində yayımlanır və milyonlarla izləyici toplayır.