Suriya ordusu ilə əldə olunmuş razılaşmaya rəğmən, YPG terror təşkilatı ölkənin şimal-şərqindəki Hasekə vilayətində atəşkəs rejimini pozub.
Postxronika.az xəbər verir ki, Səfa kəndinə basqın edən silahlılar mülki sakinləri atəşə tutaraq çox sayda insanın yaralanmasına səbəb olublar.
Hadisədən sonra yerli əhali rəsmi Dəməşqi müdaxiləyə çağırıb, nəticədə tərəflər arasında Aynularab (Kobani) və "Lafarge" sement zavodu ətrafında şiddətli toqquşmalar başlayıb.
Halbuki Suriya Müdafiə Nazirliyi ABŞ-nin DEAŞ məhbuslarını İraqa köçürmə prosesi ilə əlaqədar yanvarın 24-dən etibarən 15 günlük sakitlik elan etmişdi.
Hazırda cəbhə xəttinin müxtəlif istiqamətlərində hərbi qarşıdurma davam edir.