Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, “Koroğlu” metrosu yaxınlığında hərəkətdə olan yük avtomobilinin təkərləri qəfil yerindən çıxaraq ciddi təhlükə yaradıb.

Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri bu hadisədən ciddi nəticə çıxarmağa çağırıb. Qurumun məlumatına görə, idarəçilər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini mütləq nəzarətdən keçirməlidirlər. Mövcud nasazlıqlar vaxtında aradan qaldırılmadıqda, oxşar bədbəxt hadisələrin və qəzaların baş verməsi qaçılmaz olur. Sürücülərin məsuliyyətsizliyi təkcə özlərinin deyil, digər hərəkət iştirakçılarının da həyatını riskə atır. Bu səbəbdən texniki sazlığa riayət olunması hər bir sürücü üçün vacib şərtdir.