Qəhvə bir çox insanın sevimli içkisi olsa da, acqarına içilməsinin bəzi sağlamlıq problemləri yarada biləcəyi müəyyən edilib.

Postxronika.az xəbər verir ki, mütəxəssislər qəhvənin, xüsusilə mədə, həzm sistemi və hormon balansı üzərində mənfi təsirlər göstərə biləcəyini vurğulayıblar.

Elmi nəşrlərə əsaslanan məlumatlara görə, günə yalnız qəhvə ilə başlamaq bəzi insanlarda mədə-bağırsaq narahatlıqlarına və kofeinə bağlı yan təsirlərə səbəb ola bilər.