Türkiyə Super Liqasının 19-cu turu çərçivəsində ‘’Beşiktaş’’ səfərdə ‘’Eyüpspor’’un qonağı olub.
Görüş 2:2 hesabı ilə nəticələnib.
‘’Beşiktaş’’ 6-cı dəqiqədə Orkun Kökçünün fərqlənməsi ilə erkən qola sevinib.
Meydan sahibləri 57-ci dəqiqədə Umut Bozokun qolu ilə hesabı bərabərləşdirib.
65-ci dəqiqədə ‘’Beşiktaş’’ın qapısına penalti təyin edilir. Emre Akbaba hədəfdən yayınmır və komandasını hesabda önə keçirir.
‘’Qara qartallar’’ 76-cı dəqiqədə Cengiz Ünderin qolu ilə 1 xalı təmin edir.
Qeyd edək ki, ‘’Beşiktaş’’ 33 xalla turnir cədvəlində 5-ci yerdədir. ‘’Eyüpspor’’ isə 15 xalla 16-cı pillədə qərarlaşıb.
Ayaz Zeynalzadə