İran rəsmiləri ölkəyə qarşı xarici mediada müharibə ab-havası yaradıldığını və bunun cəmiyyətdə narahatlıq doğurduğunu bildiriblər

Postxronika.az xəbər verir ki, hökumət sözçüsü Muhacirani Tehranda jurnalistlərə açıqlamasında prioritetin diplomatiya olduğunu, lakin bütün ssenarilərə, o cümlədən müharibəyə tam hazır olduqlarını deyib.

O, İranın əvvəllər də çoxmərhələli təhdid və münaqişələrlə üzləşdiyini xatırladıb. Muhacirani etiraz aksiyaları zamanı həlak olanlarla bağlı hökumətin hər bir itki üçün yas tutduğunu, eyni zamanda təhlükəsizlik qüvvələrinə qarşı zorakılığın da unudulmadığını vurğulayıb. Rəsmi şəxs bu çətin mərhələnin xalqla dialoq və qanuni etirazların tanınması yolu ilə aşılacağına inandığını bildirib. İnternet məhdudiyyətlərinə toxunan Muhacirani, təhlükəsizlik səbəbilə qərarların müvafiq şuralar tərəfindən verildiyini, hazırda iş adamlarının internetə məhdud çıxışının olduğunu, lakin ümumi əhali üçün bu imkanın hələ açılmadığını qeyd edib.